Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər

18 SENTYABR 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
18/09/2010

İclasda BETİ-nin müdiri prof. İradə Əliyeva yay tətilindən sonra ilk iclası açıq elan edərək qurumun üzvlərini yeni 2010-2011-ci tədris ili münasibətilə təbrik etdi və şöbənin qarşısında duran cari vəzifələr barədə məlumat verdi.

| Ətraflı


Bakı Dövlət Universitetində “Ali məktəblərdə təhsil və tədrisin innovativ strategiyaları: Kritik düşüncə vərdişlərinin inkişaf strategiyaları” mövzusunda seminar keçirildi
15/07/2010

BDU-da Beynəlxalq Elm və Təhsilə İnteqrasiya Şöbəsinin təşkilatçılığı ilə “Təhsilin Əsasları” kursu çərçivəsində “Ali məktəblərdə təhsil və tədrisin innovativ strategiyaları: Kritik düşüncə vərdişlərinin inkişaf strategiyaları” mövzusunda seminar keçirilmişdir. Seminar Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə təhsil məsələləri üzrə ekspertlər Elmina Kazımzadə və Yuliya Kərimova tərəfindən  gerçəkləşdirilmişdir

| Ətraflı


Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin Inkişafı Fondu yaradıldı
01/07/2010

Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin Inkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəsi (EİF-2010-1) elan olundu

| Ətraflı


“I Uluslararası Tarih Eğitimi Sempozyumu”
19/06/2010

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əməkdaşı, BETİ üzvü  S.Ruintən 2010-cu il iyun ayının 16-18-də Türkiyənin Ərzurum şəhərində keçirilən “I Uluslararası Tarih Eğitimi Sempozyumu”nda iştirak etmişdir

| Ətraflı


BDU-nun Nano Araşdırmalar Mərkəzinin əməkdaşlarının növbəti uğurları
11/06/2010

BDU-nun Nano Araşdırmalar Mərkəzinin müdir müavini, f.-r.e.n. Mustafa Bayram oğlu Muradovun Avropa Birliyinin 7-ci Çərçivə Proqramına təqdim etdiyi “Elektronika və fotonika üçün nanotexnologiya platforması” adlı layihə Avropa Komissiyası tərəfindən, bu mərkəzin aparıcı elmi işçisi Qönçə Malik qızı Eyvazovanın TWAS fonduna təqdim etdiyi “CdS-CuxS əsasında nüvə-örtük tipli nanohissəciklərin alınması və onların əsasında alınan kompozitlərin elektrik və optik xassələri” adlı layihəsi isə TWAS fondu tərəfindən maliyyələşdirmə üçün təsdiq olunmuşdur

| Ətraflı


5 İYUN 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
05/06/2010

İclasda British Petroleum-un (BP) İnsan Resursları və Universitetlərlə Əlaqələr üzrə müşaviri Nigar Məmmədovanın biznes-qurumlarda personalın idarə edilməsi məsələsi ilə bağlı çıxışı dinlənildi. Daha sonra 2010-2011-ci tədris ili üçün nəzərdə tutulmuş “Universitetdaxili 50+50 qrant proqramı”nın həyata keçirilməsi ilə bağlı BETİ üzvlərinin fikirləri dinlənildi və bir sıra cari məsələlər müzakirə olundu

| Ətraflı


QAZAXISTAN RESPUBLIKASININ ASTANA ŞƏHƏRINDƏ KEÇIRILMIŞ “QAZAXISTANIN ALI TƏHSIL MƏKTƏBLƏRI DÜNYA AKADEMIK REYTINQLƏRIN KONTEKSTINDƏ” BEYNƏLXALQ FORUM
01/06/2010

26-29 may 2010-cu il tarixində Astana şəhərində (Qazaxıstan Respublikası) “Qazaxıstanın Ali Təhsil Məktəbləri dünya akademik reytinqlərin kontekstində” adlı Beynəlxalq forum keçirilmişdir

| Ətraflı


22 MAY 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
22/05/2010

İclasda “Universitetdaxili 50+50 qrant proqramı”nda iştirak üçün təqdim edilmiş layihələrin qiymətləndirilməsi, Bakı Dövlət Universitetinin reytinqi ilə bağlı təkliflər, Dillər Universitetinin xüsusi təlim keçmiş bir qrup müəllimi Bakı Dövlət Universitetinin ingilis dili kafedralasının müəllimlərinə ingilis dilinin metodikası ilə bağlı təlim kursu keçirilməsi məsələləri müzakirə olundu və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi QHT Proqramının koordinatoru, Ali Təhsilə Yardım Proqramı ACİ – Azərbaycan akademik cəmiyyətinin təmsilçisi Elmina Kazımzadənin çıxışı dinlənildi

| Ətraflı


15 MAY 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
15/05/2010

İclasda BDU-nun dünya universitetlərinin reytinq cədvəlinə düşməsi istiqmətində görülməli işlər  və bir sıra cari məsələlər müzakirə olundu

 

| Ətraflı


Furukava Makuto MEXT-2010 Təqaüd prorqamı ilə bağlı görüş keçirdi
08/05/2010

BETİ şöbısinin təşkilatçılığı ilə Yaponiya səfirinin ikinci katibi Furukava Makuto bakalavr, magistr və post-doktorantura sahəsində Yaponiya universitetlərində təhsil almaq üçün MEXT-2010 Təqaüd prorqamı ilə bağlı görüş keçirdi

| Ətraflı


1 MAY 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
01/05/2010

İclasda "Universitetdaxili 50+50 qrant proqramı"na müraciət üçün müəyyən olunmuş vaxtın başa çatması ilə əlaqədar ərizə qəbulunun dayandırılması və Yaponiyanın Azərbaycandakı  səfirinin ikinci katibi Furukava Makutonun bu səfirliyin reallaşdırdığı təhsil proqramı ilə bağlı 8 may 2010-cu il tarixində saat 1300-da BDU tələbələri ilə  keçirəcəyi görüşün təşkil olunması məsələləri müzakirə olundu. Sonra BDU-nun dünya universitetlərinin reytinq cədvəlinə düşməsi üçün görülməli işlər haqqında təkliflər irəli sürüldü

| Ətraflı


BETİ şöbəsinin təşkilatçılığı ilə Avropa Birliyinin ekspertləri BDU əməkdaşları üçün seminar keçirdi
23/04/2010

Bakı Dövlət Universitetinin Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin təşkilatçılığı ilə 23 aprelin 2010-cu il tarixində  Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişafı 7-ci Çərçivə Proqramı (7 ÇP) layihələri üzrə ekspertlər-Yunanıstanın “Planet” təşkilatının Brussel ofisinin rəhbəri, Birliyin EXTEND layihəsinin koordinatoru Dr.Rafael Koumeri, “Planet”-in layihələr üzrə meneceri Dr.Konstantinos Samiotis və Belarusiyanın 7 ÇP-nin İKT istiqaməti üzrə dayaq nöqtəsinin rəhbəri Dr.Tatyana Lyadnova Universitet əməkdaşları üçün seminar keçirdilər

| Ətraflı


17 APREL 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
17/04/2010

İclasda "Universitetdaxili 50+50 qrant proqramı"nın qaliblərinin ikinci 3 aylıq mərhələ üzrə fəaliyyəti haqqında müzakirələr aparıldı. Daha sonra Avropa Birliyinin layihələrindən olan 7-ci Çərçivə Proqramında alim və tədqiqatçıların iştirakına dəstək məqsədilə bir günlük təlim keçiriləcəyi barədə BDU-nun rəhbərliyinə ünvanlanmış məktub barədə məlumat verildi. 23 aprel 2010-cu il tarixində Bakı Dövlət Universitetində keçiriləcək təlimdə universitet əməkdaşlarının iştirakının təmin olunması məqsədilə BETİ üzvlərinə fakültələrdə iş aparmaq və siyahı tərtib etmək həvalə olundu.

| Ətraflı


10 APREL 2010-CU İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
10/04/2010

İclasda bir sıra cari məsələlər müzakirə olundu

| Ətraflı


BAKI DÖVLƏT UNİVERSİTETİNİN FİZİKA FAKÜLTƏSİNDƏ “ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ” MÖVZUSUNDA DÖRDÜNCÜ GENİŞ İCLAS KEÇİRİLDİ
08/04/2010

7 aprel 2010-cu il tarixində BDU-nun Fizika fakültəsində BETİ  şöbəsinin təşəbbüsü ilə “Alternativ enerji mənbələri” movzusunda dördüncü geniş iclas keçirilmişdir.İclasda fizika, kimya, biologiya və cografiya fakültələrindən nümayəndələr iştirak etmişlər

| Ətraflı


BETİ ŞÖBASİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
03/04/2010

Iclasda ABŞ-ın Massaçusets Universitetindən olan, Art International şirkətinin xarici əlaqələr üzrə məşvərətçisi Rüfət Kərimovun çıxışı dinlənilmiş və digər cari məsələlər müzakirə olunmuşdur

| Ətraflı


BAKI DÖVLƏT UNİVERSİTETİNİN FİZİKA FAKÜLTƏSİNDƏ “ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ” MÖVZUSUNDA ÜÇÜNCÜ GENİŞ İCLAS KEÇİRİLDİ
11/03/2010

10 mart 2010-cu il tarixində BDU-nun Fizika fakültəsində BETİ  şöbəsinin təşəbbüsü ilə “Alternativ enerji mənbələri” movzusunda növbəti üçüncü geniş iclas keçirilmişdir.İclasda fizika, kimya və biologiya  fakültəsindən nümayəndələr iştirak etmişlər

| Ətraflı


BAKI DÖVLƏT UNIVERSITETININ FIZIKA FAKÜLTƏSINDƏ “ALTERNATIV ENERJI MƏNBƏLƏRI” MÖVZUSUNDA IKINCI GENIŞ ICLAS KEÇIRILDI
04/03/2010

03.03.2010-cu il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində, BETİ şöbəsinin Fizika, Kimya və Biologiya fakültələri üzrə nümayəndələrinin təşkilatçılığı ilə “Alternativ enerji mənbələri” movzusunda ikinci geniş iclas keçirilmişdir. İclasda fizika, kimya və biologiya  fakültələrinin əməkdaşları iştirak etmişlər

| Ətraflı


QAFQAZ TƏDQIQAT RESURS MƏRKƏZININ TƏQDIMATI
02/03/2010

BETİ şöbəsinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Qafqaz Tədqiqat Resurs Mərkəzinin 2010-cu ilin mart-dekabr ayları üçün elan etdiyi yeni tədqiqat təlim təqaüd proqramı ilə əlaqədar təqdimat keçirildi

| Ətraflı


BAKI DÖVLƏT UNIVERSITETININ TƏLƏBƏLƏRININ NƏZƏRINƏ
01/03/2010

Azərbaycanda fəaliyyət göstərən  Qafqaz Tədqiqat Resurs Mərkəzi (Caucasus Research Resource Centers) 2010-cu ilin mart-dekabr aylarında tələbələr üçün yeni tədqiqat təlim təqaüd proqramı elan edir

| Ətraflı


1 | 2 | 3 |