Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“YENI ONILLIK: ÇAĞIRIŞLAR VƏ PERSPEKTIVLƏR” ADLI IV ASTANA İQTISADI FORUMU

12/05/2011

İqtisadi forumun açılışında iştirak edən Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayev toplantı iştirakçılarını salamlayaraq öz çıxışında qlobal inkişafın aktual məsəlləri haqda müzakirələrin aparılmasının vacibliyini bildirdi. Buna uyğun olaraq Forumun gündəliyində beynəlxalq Valyuta Sisteminin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyi, iqtisadi inovasiya və alternativ energetika, turizmin inkişafı və regional inteqrasiya məsələləri geniş müzakirə olundu.

 

Plenar iclasın moderatoru BMT- nın Baş katibinin müavini Noelin Heyzer məruzə ucun ilk sözü iqtisadiyyat sahəsində Nobel mükafatı lauryatı Robert Mandellə (Kanada) verdi. O, öz çıxışını müasir dünya iqtisadiyyatında cərəyan edən qlobal miqyaslı proseslərin beynəlxalq əməkdaşlıq əsasında tənzimləmə yollarının təhlilinə həsr etdi.

 

İclasın birinci yarısında həmçinin BMT-nın Avropa İqtisadi Komissiyasının İcraçı katibi Yan Kubiş, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Baş Direktoru Jak Diuf, Ümumdünya Turist Təşkilatının  Baş katibi Taleb Rifai, Horvatiyanın keçmiş prezidenti Stepan Mesiç, iqtisadiyyat üzrə Nobel mükafatçısı Jon Neş və başqaları maraqlı çıxışlar etdilər.

 

Astana iqtisadi forumun işində Bakı dövlət universitetinin professoru Çingiz İsmayılov iştirak etmişdir. Prof. Ç. İsmayılov regional inteqrasiya və turizmin inkişafı bölmələrin işində iştirak edərək xarici alim və mütəxəssislərlə fikir mübadiləsi aparmış və bu sahədə əlaqələrimizin inkişaf etdirilməsi haqqında razılıq əldə etmişdir.

 

Prof.Ç.İsmayılovla söhbətdə Beynəlxalq  Turizm Təşkilatın Rəhbəri cənab Taleb Rifai Azərbaycanda Turizmin inkişafına dövlət səviyyəsində yüksək dəstəyin olmasını bəyənərək respublikamızla əməkdaşlığın dərinləndirilməsində maraqlı olduğunu bildirdi.

 

Prof. Ç. İsmayılov həmçinin İsveçin Turist İndustriya Federasiyasının prezidenti Jan Lundinlə görüşərək respublikamızda Turizm ilinin keçirilməsi haqda həmsöhbəti məlumatlandırdı. Cənab Jan Lundin turizm sahəsində ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığın inkişafını dəstək vermək arzusunda olduğunu bildirdi.

 

Belə Forumların keçirilməsi müxtəlif sahədə çalışan biznes nümayəndələri, alimlər və mütəxəssislər arasında yeni əlaqələrin yaranmasına səbəb olaraq dünyada cərəyan edən qlobal problemlərin həllində öz bəhrəsini verəcəyinə inam yaradır.

Bookmark and Share