Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BETI-NİN ÜZVÜ M.MƏMMƏDOVANIN İSLAM DÜNYASI ELMİ İSTİNAD MƏRKƏZİNƏ EZAMİYYƏTİ

05/05/2011

Ezamiyyət zamanı Elmi İstinad Mərkəzinin prezidenti prof.Cəfər Mehradla və mərkəzin idarə heyəti ilə görüş keçirilmişdi. M.Məmmədova görüşdə BDU-nun elmi nəşrləri və BETİ-nin fəaliyyəti haqda prezentasiya ilə çıxış etmişdi.


Elmi İstinad Mərkəzinin fəaliyyətinə həsr edilmiş seminarlarda iştirak etmişdi. Seminarlar əsasən Elmi İstinad Mərkəzinin rəsmi saytının və İSESKO ölkələri alimlərinin elmi nəşrlərin qeydiyyatının aparılması qaydalarına həsr edilmişdi.

Azərbaycanda keçirilən İslam Konfransı ölkələrinin Elm və Təhsil Nazirlərinin 4-cü konfransının gündəliyində İslam Dünyası Elmi İstinad Mərkəzinin yaradılması ümdə yer tutmuşdu. Bu fikir İSESKO-nun Baş katibi Dr.Əbdüləziz Osman Altvicri tərəfindən təklif edilmiş və nazirlər bunu yekdilliklə qəbul etmişlər. Bu mərkəzin yaradılmasını İran islam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi öz üzərinə götürmüş və mərkəz Şiraz şəhərində nazirliyin büdcəsi hesabına təsis olunmuşdu. Yarandığı illər ərzində mərkəz 730 ərəb, 524 ingilis və 1640 fars elmi jurnallarını indeksləşdirmişdi. Bundan başqa mərkəz həmçinin İslam ölkələri universitetlərinin reytinqini də aparır. Mərkəzin bütün fəaliyyəti müasir tələblərə cavab verən və beş dildə tərtib olunmuş rəsmi saytında əks olunmuşdu.

 

Azərbaycanın bu Elmi İstinad Mərkəzində təmsil olunması, türkdilli ölkələrin təmsil olunacağı Regional Elm və Texnologiya Məlumat Mərkəzinin məhz Bakı Dövlət Universitetində yaradılması ölkəmizin prestijini qaldıracaqdır.

 

Elmi İstinad Mərkəzinin prezidenti prof.Cəfər Mehrad BDU-nun rəsmi təşkilat kimi Azərbaycanı təmsil etməsini təklif etmiş və bu məqsədlə Bakıya səfərə gəlmək istədiyini və rektor Abel Məhərrəmovla görüşmək arzusunda olduğunu qeyd etmişdi. Görüş zamanı prof.Cəfər Mehrad onu da qeyd etmişdi ki, BDU-da yaradılacaq filiala  texniki dəstək göstəriləcəkdir.

 

Ezamiyyət zamanı M.Məmmədova Elmi İstinad Mərkəzinin yeni istifadəyə verilmiş birinci binasında yerləşən elmi kitabxana, mübadilə şöbələri, indeksləşdirmə üçün lazımi texniki avadanlıqlar, konfrans zalı ilə də tanış olmuşdu.


Bookmark and Share