Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI DÖVLƏT UNIVERSITETININ TƏLƏBƏSI ALMANIYADA KEÇIRILƏN X BEYNƏLXALQ TƏLƏBƏ HƏFTƏSINDƏ

25/05/2011

2011-ci il may ayının 13 – 22-də Almaniyanın İlmenau Texnologiya Universitetində dünyanın 122 ölkəsindən seçilmiş 370 tələbənin iştirakı ilə növbəti - X Beynəlxalq Tələbə həftəsi (İnternational Student Week in Ilmenau – ISWI 2011) keçirilmişdir. İlmenauda Beynəlxalq Tələbə həftəsinin keçirilməsinə 1993-cü ildən başlanmışdır. Adətən Həftə ərzində iştirakçılar müxtəlif mövzularda keçirilən müzakirələr və diskussiyalarda iştirak edir, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak edirlər. X Beynəlxalq Tələbə həftəsinin iştirakçıları üçün 1988-1995-ci illərdə İslandiyanın Xarici işlər naziri olmuş və Avropada siyasi vəziyyətin formalaşmasına birbaşa təsir göstərmiş Jon Baldvin Hannibalsson (“Azadlıq axtarışında”), Kanada Quenn Universitetinin professoru  dr.Udo Schuklenk (“Azadlıq? Kimin azadlığı?”), prof.dr.Dieter Senghaas (“Dünya mədəni münaqişələrə qərq olur?”) və b. mühazirə oxumuşlar. X Beynəlxalq Tələbə həftəsində Azərbaycan nümayəndə heyətinin tərkibində Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə əyani şöbə II kurs tələbəsi Əlisgəndərli Cavid Sabir oğlu da iştirak etmiş və “Azadlıq” mövzusunda təşkil olunmuş konrfansda “Azadlıq və təhlükəsizlik” mövzusunda diskussiyalara qatılmışdır. Beynəlxalq Həftə çərçivəsində həmçinin iştirakçıların təmsil etdikləri ölkələrin mədəniyyətlərini, adət-ənənələrini, milli dəyərlərini təbliğ etdikləri tədbir (“İnternational Brunch”) təşkil olunmuşdu. Nəticələrə görə Azərbaycan nümayəndə heyəti bu tədbirin birincisi seçilib. Tədbir ISWI-TV-də geniş işıqlandırılıb.

Ətraflı məlumat üçün baxın:

http://www.youtube.com/watch?v=QxLMlqxoxnc&feature=related - ISWI 2011 - report about International Brunch on MDR

http://www.youtube.com/watch?v=QkscVr3d7rE - ISWI-Photography-2011

 

Bookmark and Share