Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI DÖVLƏT UNIVERSITETINDƏ THOMSON REUTERS AGENTLİYİ TƏRƏFİNDƏN TREYNİNQ KEÇİRİLMİŞDİR

06/10/2011

Tədbiri Thomson Reuters Agentliyin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Metin Tunc keçirib. Treyninqin əvvəlində BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək, BDU-nun respublika elmi potensialının hiss olunacaq dərəcədə əhəmiyyətli hissəsini əhatə etdiyini bildirib, Azərbaycan alimlərinin, o cümlədən BDU alimlərinin əsərlərinin dünya şöhrətli Thomson Reuters Agentliyinin siyahısında yer almasını, uğurla çap olunmasını vurğulayıb. Qeyd edək ki, Thomson Reuters Agentliyinin məlumat bazasında 12 min akademik və elmi jurnal, 148 min konfrans və s. haqqında məlumat var. Agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda BDU alimlərinin əsərlərinin sayı ildən-ilə artır və yüksək göstəricilər qazanır. Treyninqdə həmçinin BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova da iştirak ediblər.

WEB OF KNOWLEDGE proqramından istifadə qaydaları

Bookmark and Share