Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9 OKTYABR 2010-CU IL TARIXİNDƏ BETİ ŞÖBƏSİNİN 46 SAYLI İCLASI KEÇİRİLDİ

09/10/2010

BDU-nun xarici tələbələrlə iş üzrə dekanı və xarici proqramlar üzrə departamentin müdiri dos. Gülheyran Rəhimova iclası açıq elan etdikdən sonra, təhsildə yeniliklər haqqında danışmaq üçün sözü İngilis dili kafedrasının dosenti Bəylər Hacıyevə verdi. B.Hacıyev təhsil məsələləri üzrə təcrübəli mütəxəssislərdən biridir. O Qərb ölkələrinin təhsil sistemi haqqında iştirakçılara ətraflı məlumat verdi, bu ölkələrdə ali təhsilin səviyyəsini müəyyənləşdirən və sistemin uğurunu təmin edən amillərdən danışdı. B.Hacıyev aparıcı dünya universitetlərində tətbiq edilən tədris metodları, elmi-tədqiqat işlərinin təhsillə əlaqəsi, tədris proqramının hazırlanması kimi mühüm məsələlərə toxundu. Qonaq müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələsinin üzərində xüsusi dayandı. Sonra B.Hacıyev BETİ üzvlərinin suallarına cavab verdi.

 

Daha sonra söz təhsil və tədris məsələləri ilə bağlı Varşava universitetində işgüzar səfərdə olmuş BETİ üzvü Rafael Həsənova verildi. R.Həsənov müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi metodları haqqında Varşava universitetində tətbiq olunan sistem haqqında geniş məlumat verdi. O, tələbələrin bu məqsədlə keçirilən sorğularda fəal iştirak etdiyini və onların rəyinin həlledici olduğunu vurğuladı. R.Həsənov bu cür sorğuların mütəmadi keçirildiyini və müəllimlərin gələcək fəaliyyətlərinin sorğunun nəticələrindən asılı olduğunu bildirdi. Çıxışdan sonra R.Həsənov iştirakçıların suallarına cavab verdi.

 

Sonra xarici proqramlar üzrə departamentin əməkdaşı Səbinə Yusifova müəllimlərin akkreditasiyası mövzusunda çıxış etdi.

 

Çıxışdan sonra akkreditasiya problemi ətrafında müzakirələr başlandı. Qərara alındı ki, akkreditasiya mərkəzinin yaradılması haqqında növbəti iclaslarda BETİ üzvləri öz ideyaları ilə çıxış etsinlər.

Bookmark and Share