Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9 APREL 2011-Cİ İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

11/04/2011

Prof. İradə Əliyeva bildirdi ki, qrant proqramı çərçivəsində dərc edilən məqalələrin sonunda onların hansı proqram üzrə gerçəkləşdirildiyi göstərilməlidir. Bununla əlaqədar qrant proqramının şərtlərinə yeni bir bənd  də əlavə olunmuşdur.

 

Sonra BETİ-nin üzvü C. Yusifova elektron kataloqdan istifadə edənlərin sayının xeyli yüksəldiyi barədə məlumat verdi. O bildirdi ki, mart ayında universitet əməkdaşları bayramla əlaqədar 9 gün işləməsələr də, həmin ayda kataloqdan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artmışdır (əvvəlki aylardan 3 dəfə çox). O bu yüksəlişi BETİ-nin fəaliyyətinin nəticəsi kimi qiymətləndirdi. Qərara alındı ki, elektron kataloq və elektron kitabxanadan istifadəni daha da artırmaq üçün fakültələrdə C.Yusifovanın prezentasiyaları təşkil olunsun.

 

Daha sonra BDU-nun xarici tələbələrlə iş üzrə dekanı və xarici proqramlar üzrə departamentin müdiri dos. G. Rəhimova fakültələrdə ingilis dilli bölmələrin yaradılması mexanizmi ilə bağlı məsələnin müzakirə olunmasını təklif etdi. BETİ üzvləri bu məsələyə öz münasibətlərini bildirdilər. Əsas müzakirə ingilis dilli bölmələrin bakalavr, yoxsa magistratura pilləsində yaradılması ətrafında oldu. Müzakirə zamanı məlum oldu ki, hər iki mövqenin öz üstünlükləri və çətinlikləri var. Qərara alındı ki, ingilis dilli bölmələrin yaradılmasına keçid mexanizminin müzakirələri davam etdirilsin.

 

Bundan başqa, ali təhsilin orta təhsillə əlaqələndirilməsi kimi mühüm bir məsələ müzakirə olundu. Bir sıra inkişaf etmiş ölkələrdə universitet əməkdaşlarının orta məktəb şagirdləri ilə sıx təmas qurması təcrübəsinin ölkəmizin təhsil sistemi üçün faydalı olacağı vurğulandı. Bildirildi ki, BDU-nun müəllim və professor heyətinin Bakı şəhərinin orta məktəblərində mühazirələr oxuması və digər sahələrdə əməkdaşlıq etməsi mexanizmini də məhz BETİ yarada bilər. Qərara alındı ki, bu layihənin gerçəkləşdirilməsi üçün BETİ üzvləri fakültələrdə iş aparsınlar və maraqlanan əməkdaşların siyahısını hazırlasınlar.

 

Daha sonra İranın Şiraz şəhərinə planlaşdırılan səfərin detalları müzakirə olundu. Həmin tədbirdə iştirak edəcək BETİ üzvü Mətanət Məmmədova tədbirdə edəcəyi prezentasiyanın mövzusu və məqsədləri barədə məlumat verdi. BETİ üzvlərindən bir qismi bu tədbirə və prezentasiyanın mövzusuna münasibətlərini bildirdilər.

 

Bununla da BETİ-nin 9 aprel iclası öz işini yekunlaşdırdı.

Bookmark and Share