Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3 MAY 2011-Cİ İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

04/05/2011

BETİ  üzvlərinin nəzərinə çatdırıldı ki, magistr dissertasiyaları İnternetdə açıq yerləşdirildiyindən bundan sonra bu tip əsərlərin elektron variantı ilə birbaşa tanış olmaq mümkündür. Həmçinin bildirildi ki, arzu edənlər öz avtoreferat və dissertasiyalarını da BDU-nun saytında yerləşdirə bilərlər.

 

Sonra BETİ-nin üzvü Mətanət Məmmədova Şiraz Texnoloji Mərkəzinə işgüzar səfəri haqqında məlumat verdi. O həmçinin universitetdə, eləcə də bütövlükdə respublikada nəşr olunan elmi jurnalların İnternetdə yerləşdirilməsi və sonradan da indeksləşdirilməsi ilə bağlı tədbirlərdən danışdı.

 

Daha sonra prof. İ.Əliyeva kimya fakültəsinin Analitik kimya kafedrasının əməkdaşı K.Mahmudovun cəhdləri sayəsində BDU-nun professor-müəllim və tələbə heyətinin qarşısında açılan yeni imkanlar barədə məlumat verdi. Belə ki, BDU-nun elektron kitabxanası vasitəsilə kimya və riyaziyyat üzrə əsərlərdən istifadə etmək imkanı yaranmışdır.

 

Professor İ.Əliyeva BETİ üzvlərini 50+50 qrant müsabiqəsinin hazırkı iştirakçılarının ikinci rüb üzrə hesabatlarının qəbul edilməsi və müvafiq əmr verilməsi barədə məlumatlandırdı. O həmçinin əlavə etdi ki, impakt-faktorlu jurnallarda dərc olunmuş məqalələrin müəlliflərinin mükafatlandırılması üçün də əmr hazırlanmışdır.

 

Sonda prof. İ.Əliyeva  “Elektronika və fotonika üçün Nano-texnoloji platforma” layihəsi (Avropa Komissiyasının  7-ci çərçivə proqramı; rəhbəri M.Muradov (Nano araşdırmaları mərkəzi) çərçivəsində mayın sonlarına nəzərdə tutulmuş səfər haqqında məlumat verdi.

Bununla da BETİ-nin 3 may 2011-ci il tarixli iclası öz işini yekunlaşdırdı.

Bookmark and Share