Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2 APREL 2011-Cİ İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

02/04/2011

İ.Əliyeva bildirdi ki, 2010 – 2011-ci tədris ili üçün universitetdaxili 50+50 qrant proqramının ikinci mərhələsi yekunlaşmaq üzrədir. Bununla əlaqədar iştirakçıların hesabatları fakültələrdəki müvafiq komissiyalara təqdim edilməli və müzakirə olunmalıdır.

 

Sonra Avropa Birliyinin 7–ci Çərçivə Proqramı  ilə əlaqədar məsələlərin durumu haqqında danışmaq üçün söz BETİ-nin üzvü Mustafa Muradova verildi. Məruzəçi Azərbaycan universitetlərinin bu proqrama qoşulması ilə əlaqədar yaranmış problemlərin səbəbləri haqqında danışdı. Tərəfdaş məsələsində çətinliklərin mövcudluğu, dayaq nöqtələrinin fəallığının aşağı, məlumatlandırma işinin isə zəif olması əsas səbəblərdəndir. Layihələrin çox böyük olması da qoşulma işinə maneçilik yaradır. Həcmcə  kiçik layihələrə qoşulmaq daha asan olardı. Qərara alındı ki, 7–ci Çərçivə Proqramı  ilə əlaqədar BETİ üzvləri M.Muradov və İ. Bünyatzadəyə iyun ayında prezentasiya təşkil etsinlər.

 

Daha sonra İranın Şiraz şəhərinə planlaşdırılan səfər haqqında məlumat verildi. BETİ-nin üzvü Mətanət Məmmədovanın da qatılacağı bu səfərin uğurlu olması üçün iştirakçıların qarşısında duran məsələlər müzakirə edildi.

 

BETİ-nin 2 aprel iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşdı.

Bookmark and Share