Kateqoriyalar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

19 FEVRAL 2011-Cİ İL TARİXİNDƏ BETİ ŞÖBƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

19/02/2011

2010-cu ilin nəticələrinə görə BDU əməkdaşlarının indeksli elmi jurnallarda dərc olunan məqalələrinin sayı 132 olduğunu deyən İ.Əliyeva, onu da qeyd etdi ki, ötən il Azərbaycandan göndərilən və dərc olunan elmi məqalələrin 28.8 %-i BDU əməkdaşlarının payına düşür.

 

AR Prezidenti yanında Elmin İnkişafı fondu tərəfindən 2011-ci ildə elan olunmuş (EİF-2011-1(3)) müsabiqədə iştirak etmək üçün 38 layihə təqdim olunmuşdur.

 

Elektron kitabxananın yaradılmasını BETİ-nin uğurlarından biri kimi səciyyələndirən İ.Əliyeva bu yöndə fəaliyyəti gücləndirməyin əhəmiyyətini vurğuladı. O bildirdi ki, bütün BETİ üzvləri elektron kitabxana və ondan istifadə qaydaları haqqında fakültələrdə prezentasiyalar təşkil etməlidirlər. Məlumatlandırma işinin səmərə verməsi üçün BETİ üzvü C. Yusifovanın toplantılara dəvət edilməsi də tövsiyə olundu.

 

Bununla yanaşı, İ.Əliyeva BETİ-nin fəaliyyət proqramında müəyyən yeniliklərin edilməsinin zəruri olduğunu söylədi və qurumun fəaliyyətinin yeni, keyfiyyətcə daha üstün mərhələyə yüksəltməyin vacibliyindən danışdı. O bunun həm də universitetdaxili islahatların xarakterindən irəli gəldiyini vurğuladı. Bununla əlaqədar, İ.Əliyeva BETİ daxilində qrupların yaradılması təklifini irəli sürdü. Bu qruplar işin xarakterindən və BETİ üzvlərinin təcrübəsindən asılı olaraq yaradıla bilər.

 

Prof.İ.Əliyeva həmçinin bir sıra Rusiya elektron kitabxanalarından və mənbələrindən ödənişsiz istifadə etmək haqqında Rusiyanın müfaviq qurumlarından gələn təklifi BETİ üzvlərinin diqqətinə çatdırdı. O bildirdi ki, bu barədə məlumat və həmin mənbələr haqqında linklər BETİ-nin saytında yerləşdiriləcəkdir.

 

Daha sonra İ.Əliyeva bəzi yeniliklər haqqında məlumat verdi. O Webometriks  saytının tərtib etdiyi reytinq cədvəlində 20.000 dünya universiteti arasında BDU-nun olmaması faktını şərh etdi və bunun səbəblərini açıqladı. O bildirdi ki, bu fakt Webometriks saytının əsas tutduğu göstəricilərlə bağlıdır. Reytinqi müəyyən edən müxtəlif qurumlar seçim zamanı ayrı-ayrı kriteriyaları əsas götürürlər və bu səbəbdən də onların cədvəlləri bir-birindən fərqlənir.

 

Daha sonra BETİ-nin təşkilatçılığı ilə yaxın gələcəkdə təhsil və tədris məsələləri üzrə beynəlxalq konfransın keçirilməsi təklifi müzakirə olundu. Bu məsələyə toxunan BETİ üzvü T.Mahmudova konfransın mövzusunun və maliyyə dəstəyinin müəyyən edilməsinin vacibliyini vurğuladı. Məsələnin müzakirəsi zamanı müəyyən oldu ki, növbəti tədris ilinin əvvəllərində Xəzəryanı bölgənin universitetlərinin rektorlarının iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Bu konfransın təşkilati şurasının və BETİ-nin üzvlərindən biri olan prof. Ç. İsmayılov bildirdi ki, bu tədbir çərçivəsində BDU-da bir günlük konfrans təşkil etmək mümkündür. Konfransla bağlı məsələlərin təşkil edilməsi məsələsi BETİ üzvləri prof. Ç.İsmayılova və dos.T.Mahmudovaya həvalə olundu.

 

Bununla da BETİ-nin 19 fevral iclası öz işini yekunlaşdırdı.

Bookmark and Share